Nə vaxtadək sənin həsrət odunda qalacağam

İstəyirsən şadlıq paltarını çıxarıb bir daha matəm libası geyinim

Abşeronum, Qubam mənim

Kəlbəcərim, Binəm mənim

İşkəncəmi istəyirsən, Gəncəm mənim

Yenə məndən üz döndərib yadlaşmaqmı istəyrisən

Canım! Gözüm, hər sözüm

Sənsiz mən necə dözüm

Yenə də Mirzə qələmini sındırıb Reyhani xəttini qəraət etmək istəyirlər.

Yox...bir daha Koroğlu qaytarmasına qulaq asıram ki, öz pəhləvanlarını ətrafına yığsın. Ucalt fəryadını! Ehtiyatlı ol

Pəncərədən daş gəlir!!! Ay bəri bax! Bəri bax

Xarici səs-sədaları (musiqiləri) susdur

Sən ordan gəl, mən burdan! Kor olsun düşmənlərimiz

Aman Allah! Yenə şeytan gəlib iman apara.

 Qoruyun, qoymayın imanızı şeytan apara

 

(ardı var)

 

 

Xəlifənin Bəhlula verdiyi pul

 

Gunlərin bir günü Harunər-Rəşid öz qardaşı Bəhlulu yanına çagırıb fəqir və kasıblara paylamaq üçün ona bir miqdar pul verdi. Bəhlul pulu alandan bir az sonra yenidən onu Harunər-Rəşidə qaytardı. Bunu görən Harunər-Rəşid təccübə bu isin səbəbini soruşdu. Bəhlul cavabında xəlifəni (Harunər-Rəşid) hamıdan kasıb sandıgı üçün bu isi gördyünü dedi. Beləki sənin məmur və isçilərinin gundəlik camatın tükanlarından zorla pul alıb sənin xəzinənə gətirmələrinin canlı şahidiyəm. Mendə belə duçundum ki sənə pul ehtiyacdir, elə bu səbəbdən onu özunə qaytardım.

 

Ən qədim insan məskənlərindən biri olan Azərbaycanımızın başına nələr gəlməmisdir? Nə üçün min illər boyu ilahi qanunlarla yaşayan millət bir əsr əsirlikdə olmalıdır? Məzlum Azərbaycan xalqı yetmiş ildir ki, dərd-qəm içərisində fəryad edir. "Dədə Qorqud" öz sazını əlinə alib agılar söyləyir; öz acı talehinə nəzər salıb aglayır və Oğuz övladlarının qəlbinə dag çəkir.

Min illər tarixi olan Oğuz elinin həsrətini çəkib göz yaşlarını şəlalə tək axidir. Axi, birdaha Azərbaycanın yaralı kökunə duz tökürlər. Dədə Qorqudun, Şah İsmayıl Xətainin, kitabları namərdlərin əlinə düşərək qara yellərlə sovrulub məhv edilir.

O dəhşətli gundən başlayaraq diyarımın min illərdən yadigar qalmış daş yaddaşını ovmağa, tariximizin şanlı keçmişlə bəzənən səifələrini ləkələməyə başladılar.

 Gunlərin bir günü sərvi qamətlı "Qarabağımı" qaraçıların əlində sınmış-əzilmiş gördümki, "Şur" və "Şahnazı" yetim tək kimsəsizləşmiş sızıltıya bənzəyir; "Kəsmə şikəstə" avazı ilə "Dəşti mahura" elə bir "Şur" oxudum ki, birdən sənin "Humayun" nəğmələrini eşitdim.

Mənim məzlum diyarım! Sənin "Qurbəti" –nin və "Yanıq bayatıları" -nın döyüş nərəsinə çevrilməsini düşmənlərini məğlub edib Şərur və Naxçıvan çuxurundan tutaraq Təbrizin küçələrinədək dolanmasını çox gözəl xatırlayıram. Səsini eşidib "Vağzalı" nəvaşı ilə Təbrizdə gözümü yoluna dikdim sənin ruhani səsini eşidib yanıq kərəmini hiss etdim. Öz-özumə dedim; Ah! Bu gələn yarın özüdür! Sonra çöhrəndə "təcnislə" dolu olan divanını gördüm!

Heyf! Heyf ki, bir daha özümüzə yadlaşırıq

Mənim Bakım! Mənim Şəkim!

Mənim Şuşam! Mənim Şamaxım!

Mənim Şəmkirim! Mənim Şirvanım!

Nardalanım! Naxçıvanım!

Ərçivanım! Lənkəranım!

 

(ardı var)