Arazin iki tərəfindən ucalan səs
Əgər biz dönüb arxaya nəzər salsaq və tarixin ötən səifələrini bir-bir vərəqləyib diqqətlə nəzərdən keçirsək bu gün adı haşiyələrdə qeyd olunan millətin, qədimdən üstün bir mədəniyyət, mənəviyyət, əxlaq, və basqa səciyəvi gözəlliklərə malik olmasının canlı sahidi olarıq. Amma son əsirdə əlifbası bir neçə dəfə dəyişilmiş bu biçarə xalq, ola bilsin ki bu gün bu sözləri eşidəndə inanmagı gəlməsin. Axı biz başı bəlalı əvvəllər əksi əlifba ilə yazıb-oxumuş, sonra isə qardaş bildiyimiz rus xalqının həriflərini bir az dəyişdirməklə özümüzə yazi-oxumaq vasitəsi seçmiş, daha sonra isə keçmişdə əlifbamızın latın olması əfsanəsi yadımıza düşdüyündən bir-brimizi yazib-oxumaqda anlamaq vasitəsi olaraq latın həriflərini seçdik. Amma bu yazıq xalq bundan xəbərsiz idi ki, axı hər gündə bir əlifba ilə yazıb-oxumaqlıgı bizə başa salanlar əslində bizə ürəyi yandıgından deyil bəlkə milləti bu yolla ِz keçmiş tarixindən xəbərsiz qoymaq istəmişlər.
Hələ bu harasıdır ki, bizə ِzümüzü idarə etməməkliyi inandıraraq dünyada bir neçə yerə parçalayıb kِçəri həyat yaşamağımizi demirəm. Hələ özünə yenicə gəlmək istəyən bü millətin, başqaları tərəfdən vasitə kimi istifadə olunmasindan sِhbət açmıram.
Məgər Nizami, Füzuli, Nəsrəddin Tusi, Şah İsmail, Babək, Mirzə Sabir, Seyyid Əzim Şirvani, Səhriyar, və bir çox başqaları bu xalqın övladlari deyilmi?! Bəs nə üçün biz millət öz keçmişimizə nəzər salıb ِz gerçəkliklərimizə qayitmiriq?! Axi nəvaxta qədər biz biganələrin əl buyruqçusu olacayıq?! Ola bilməz ki, biz elm və təhsil ِcaqlarımızı gücləndirməklə tez bir zamanda əl çatmayan uca zirvələrə ayaq qoyaq?!
(ardı var)
Türkün dilitək sevgili istəkli dil olmaz
Özgə dilə qatsan bu əsil dil əsil olmaz
Öz şe`rini farsa ərəbə qatmasa şair
Şe`ri oxuyanlar eşidənlər kəsil olmaz
Fars şairi çox sِzlərini bizdən aparmiş
Sabir kimi bir süfrəli şair paxıl olmaz
Türkün məsəli folkulari dünyada təkdir
Xan yorgani kənd içrə məsəldir mitil olmaz
Səhriyar